RU

Heydərov, Kotsoyev və Hacıyev...

Qarışıq komandalar arasında dünya çempionatında iştirak etmək üçün millimizin heyətinə 10 cüdoçu daxil edilib.

"Football-plus.az" xəbər verir ki, yarış iyunun 20-də - fərdi çempionat başa çatdıqdan bir gün sonra keçiriləcək.

Heyətə Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kq), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) daxil ediliblər.

Hacıyev dünən dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 1/8 finalda yığmamız Almaniya ilə qarşılaşacaq.

Избранный
13
2
football-plus.az

3Источники