RU

FED 4-cü iclasında faizini sabit saxlayıb

ABŞ Mərkəzi Bankı (FED) iyun iclasında  pul siyasəti faizini dəyişməyərək 4,25% - 4,50% arasında saxlayıb.

Marja xəbər verir ki, qərar yekdilliklə qəbul edilib. Bankın press-relizində  iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin “azaldığı, lakin yüksək olaraq qaldığı” qeyd edilib.

İşsizlik səviyyəsinin aşağı səviyyədə, əmək bazarının sabit qaldığı bildirilib.

İlin sonuna qədər 2 endirim proqnozu saxlanılıb

FED bu ilin sonu üçün uçot dərəcəsi üzrə proqnozunu dəyişməyərək mart ayında proqnozlaşdırdığı səviyyədə -  3,9% səviyyəsində saxlayıb, 

FED 2026-cı il üçün faiz proqnozunu 3,4%-dən 3,6%-ə, 2027-ci il üçün proqnozunu isə 3,1%-dən 3,4%-ə qaldırıb.

Bu proqnozlar FED-in 2025-ci ildə iki faiz endirimi proqnozlaşdırmağa davam etdiyindən xəbər verir. 2026 və 2027-ci illər üçün faiz endirimi gözləntiləri azalıb.

FED 2025-ci il üçün iqtisadi artım proqnozunu 1,7 faizdən 1,4 faizə endirib. İnflyasiya proqnozunu 2,7 faizdən 3 faizə qaldırılıb.

Bu il üçün inflyasiya proqnozu  2,7 faizdən 3 faizə, 2026-cı il üçün 2,2 faizdən 2,4 faizə, 2027-ci il üçün isə 2 faizdən 2,1 faizə qaldırılıb.

Dəyişkən enerji və ərzaq qiymətlərini istisna edən baza inflyasiyası üzrə proqnozlar da bu il üçün 2,8 faizdən 3,1 faizə, 2026-cı il üçün 2,2 faizdən 2,4 faizə, 2027-ci il üçün isə 2 faizdən 2,1 faizə qədər yenidən işlənib.

İşsizlik səviyyəsi gözləntisi ilin sonu üçün 4,4 faizdən 4,5 faizə, gələn il üçün 4,3 faizdən 4,5 faizə, 2027-ci il üçün isə 4,3 faizdən 4,4 faizə qaldırılıb.

Pauelldən açıqlamalar

Qərardan sonra kameralar qarşısına çıxan FED-in İdarə Heyətinin sədri Jerome Powell, pul siyasəti mövqeyinin yaxşı yerdə olduğunu bildirib.

Pauell bildirib ki, inflyasiya aşağı düşsə də, 2%-lik hədəfin üzərində qalır.

Sədr proqnozların "qeyri-adi yüksək qeyri-müəyyənliyi" əks etdirdiyini söyləyib. Gömrük vergisi (tarif) artımlarının qiymətləri artıracağını deyən Powell , "Tariflərdən bəzi təsirləri görməyə başlayırıq. Qarşıdakı aylarda daha çox təsir olacaq" deyib

Pauell, ev təsərrüfatları və müəssisələr arasında aparılan sorğuların son aylarda etimadın azaldığını və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin artdığını göstərdiyini və bunun əsasən ticarət siyasəti ilə bağlı narahatlıqları əks etdirdiyini söyləyib. 

Pauell, bu hadisələrin gələcək xərclərə və investisiyalara necə təsir edəcəyinin hələ aydın olmadığını deyib.

 

Избранный
11
marja.az

1Источники