Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, Qara Qarayev və Özbəkistan küçələrinin kəsişməsində qeydə alınıb.
İdarəetməni itirən "Toyota Prius" qəza törədib. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.