RU

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın fərdi yarışda son təmsilçisi Uşangi Kokauri mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 33 yaşlı idmançının ilk görüşü 1/32 finala təsadüf edəcək.

O, serbiyalı İqor Vraçarla üz-üzə gələcək. Qələbə qazanacağı halda, Kokauri 1/16 finalda kubalı Andi Qranda ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyədək dünya çempionatında Azərbaycan cüdoçularından 3-ü - Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

İyunun 20-də qarışıq komandalar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan yığması 1/8 finalda Almaniya ilə üz-üzə gələcək.

Избранный
5
fanat.az

1Источники