RU

“Orqanları bir-bir sıradan çıxır” – Fenomenin həyatından ümid kəsilir

Sosial media fenomeni kimi tanınan və bir müddət əvvəl həbs həyatı yaşayan türkiyəli Nihal Candanın səhhəti ciddi şəkildə pisləşib. Hazırda reanimasiya şöbəsində müalicə olunan Candanın çəkisi 23 kiloqrama qədər düşüb.

Yenisabah.az xəbər verir ki, onun anası Umut Candan qızının vəziyyəti ilə bağlı açıqlama verərək ağır durumdan narahatlığını ifadə edib:

“Qızım kritik vəziyyətdədir. Hər dəqiqə daha da pisləşir. Həkimlər bütün orqanlarının fəaliyyətinin dayanmaq üzrə olduğunu deyirlər”.

Xatırladaq ki, Nihal Candan çirkli pulların yuyulması ilə əlaqədar ittihamlarla həbs edilmiş, daha sonra aclıq aksiyası səbəbilə azadlığa buraxılmışdı. Onun bacısı Bahar Candan da eyni iş üzrə saxlanılsa da, sonradan ev dustaqlığına buraxılıb.

 

 


Telegram kanalımız
Избранный
11
1
yenisabah.az

2Источники