RU

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

UEFA Konfrans Liqasında "Zirə"nin rəqibi olacaq Xorvatiyanın "Hayduk" klubu üç futbolçu ilə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Split təmsilçisinin rəsmi saytı yayıb. 

Klub Dominik Babiç, Lovre Lonçar və Duye Milişiç ilə anlaşıb. "Osiyek"dən transfer olunan Babiçlə, o cümlədən "Hayduk"un öz yetirməsi Milişiçlə 3 illik, klubun akademiyasının daha bir üzvü Lonçarla 2 illik müqavilə bağlanılıb.

Yeri gəlmişkən, cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən 18 yaşlı Babiç ötən mövsüm "Zirə"yə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü vaxtı Bakıya gəlib. Xorvatiyanın U-19 yığmasının futbolçusu "Osiyek"lə müqaviləsi bitdiyi üçün "Hayduk"a azad agent kimi keçib.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Избранный
7
fanat.az

1Источники