RU

Fazil Mustafa UNEC-in rektoru Prof.Dr. Ədalət Muradova təbrik məktubu göndərib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa UNEC-in rektoru Prof.Dr. Ədalət Muradova, bu elm-təhsil ocağının 95 illik yubileyi ilə bağlı Təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

“Hörmətli Ədalət müəllim,
UNEC-in 95 illik yubileyi münasibətilə Sizi, Sizin timsalınəzda universitetin rəhbərliyini, professor-müəllim heyətini, tələbələrini, məzunlarını və ümumən bu elm-təhsil ocağı ilə yolu bir olmuş bütün aydınlarımızı ürəkdən təbrik edirəm!

UNEC, yalnız bir təhsil müəssisəsi deyil, həm də ictimai fikrin, sosial-mədəni şüurun formalaşmasına töhfə verən, yüz minlərlə gəncə həm peşəkar bilik, həm də vətəndaş məsuliyyəti aşılayan nüfuzlu elm ocağıdır. Universitetin yetişdirdiyi məzunlar bu gün təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin müxtəlif təbəqələrində, dövlət idarəçiliyində, sahibkarlıqda, vətəndaş cəmiyyəti institutlarında fəal mövqeyə malikdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq, cəmiyyətin inkişafında ictimai institutların, ali təhsil ocaqlarının, özəlliklə də UNEC kimi milli-mənəvi dəyərlərlə sosial məsuliyyəti birləşdirən qurumların rolunu yüksək qiymətləndiririk.

UNEC-ə davamlı inkişaf, elmi-nəzəri uğurlar, beynəlxalq təhsil aləmində möhkəmlənmək və milli kadrların yetişdirilməsində bundan sonra da öncül mövqe arzulayıram.

Uğurlarınız bol, yubileyiniz mübarək olsun”!

Избранный
3
4
turkustan.az

5Источники