RU

Solovyovlar həmişə olub: Azərbaycan Kremlin təzyiqlərinə təmkinlə cavab verir

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bakı hələ heç vaxt “qırmızı xətti” keçməyib, amma bu, Rusiyanın təzyiqlərinə qarşı səssiz qalacağı anlamına gəlmir”

   Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib. Rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib. İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə heç vaxt mövcud olmamış qondarma "Artsax"ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin "Artsax" kimi olacağını deyib. Rusiya "propaqandaçısı" Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib. Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın son dövrlər Rusiyaya qarşı tutduğu cəsarətli mövqe, təyyarəmizin vurulmasından bəri dəfələrlə Moskva qarşısında qoyduğumuz qəti tələblər, Prezidentin paradda iştirak etməməsi və s. məqamlardan sonra Kremlin Bakıya münasibətinin dəyişəcəyi bəlli idi. Ekspert diqqətə çatdırıb ki, bu cür davranış Rusiyanı qane etmirdi: 

"Amma Solovyov kimilərin açıqlamalarını o qədər də ciddiyə almaq lazım deyil. Biz də zaman-zaman Rusiyanın ünvanına tənqidlər səsləndiririk. Bundan sonra da səsləndirəcəyik. Ancaq hər halda müəyyən təhlükələri nəzərə almaq məcburiyyətindəyik. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Moskva məhv olmuş "Artsax" məsələsini TŞ-nin gündəminə daşımağa cəhd edə bilər. Yaxud Fransa bu məsələni qaldırarsa, Parisə dəstək verər. Rusiya milyonlarla əmək miqrantlarımızla bağlı bəzi xoşagəlməz addımlar atmaqdan da çəkinmir. Bu da ciddi problem deməkdir. Yəni demək istəyirəm ki, Rusiyanın bizim üçün yarada biləcəyi problemlərin həllinə hazır olmalıyıq. Güman edirəm ki, son günlər İranda baş verən hadisələrlə bağlı Azərbaycanın atdığı addımlar, Astara sərhədindən rusların təhlükəsiz şəkildə təxliyə olunması Moskvanı düşünməyə vadar edir". 

A.Səmədovun qənaətincə, Rusiya anlamalıdır ki, Bakı müəyyən məsələlərdə dövlət maraqlarını əsas götürərək prinsipial mövqe tutmaqla yanaşı, normal müttəfiqlik münasibətlərinə uyğun olaraq zəruri addımları da daim atıb: 

"Azərbaycan münasibətləri pozmaq qətiyyən Rusiyanın maraqlarına cavab vermir. Eyni zamanda biz də maraqlıyıq ki, Rusiya ilə əlaqələr korlanmasın, kəskinləşməsin. Biz digər ölkələrdən fərqli olaraq heç vaxt qırmızı xətləri keçməmişik. Amma təkrar edirəm, Solovyov kimilər hər zaman olub, onları ciddiyə almaq lazım deyil". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
sherg.az

1Источники