ain.az bildirir, Missiya.az portalına istinadən.
Bu gün səhər saatlarında İsrail ordusunun kiber komandanlığının qərargahı - C4I korpusu və İsrail ordusunun Qav Yamdakı kəşfiyyat mərkəzi İranın raket zərbələrinin hədəfi olub.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Agentliyin məlumatına görə, orada kəşfiyyat məlumatlarının emalı və kiber əməliyyatlara cavabdeh olan “minlərlə hərbçi” yerləşirdii.
Qav Yamdakı kəşfiyyat mərkəzi İsrailin cənubundakı Beer Şeva şəhərindəki Soroka xəstəxanasının yanında yerləşir. İRNA qeyd edir ki, xəstəxana DA partlayış dalğasına məruz qalıb. Hərbi infrastruktur isə dəqiq zərbə ilə vurulub.
Elcan
Missiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.