RU

Yığmamız Avropa çempionatını 11 ci sırada bitirdi

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub."Football-plus.az" xəbər verir ki, bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığmamız 1/16 finalda Almaniya millisi ilə qarşılaşıb. 43:45 hesabı ilə uduzan qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda mübarizə aparıblar. Əvvəlcə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olan komandamız Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.Yekunda millimiz Avropa çempionatını 11-ci pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
7
icma.az

8Источники