RU

Amerikalı bütün ölkələri gəzərək dünya rekordu qırdı: Bakı onun sevimli şəhərlərindən biridir

ain.az, Oxu.az saytına istinadən bildirir.

Detroytdan (ABŞ) olan 36 yaşlı rejissor Maykl Zervos dünya üzrə bütün 195 ölkəni cəmi 499 gündə gəzərək "Ginnesin rekordlar kitabı"na düşüb. Bu, əvvəlki rekorddan 55 gün tezdir.

Oxu.Az xəbər verir ki, o, səyahətinə 18 yanvar 2024-cü ildə başlayıb.

Evini sataraq öncə Rusiyaya, sonra Türkiyəyə, ardınca Afrika, Yaxın Şərq, Asiya, Okeaniya, Avropa, Cənubi Amerika və Karib marşrutu üzrə gedib. Hər ölkədə ən azı bir gecə qalıb (Vatikan istisnadır, çünki orada hotellər yoxdur).

Əlbəttə, səyyah Azərbaycandan da yan keçməyib. O, 2025-ci ilin yanvarında Bakıda olub, görməli məkanları ziyarət edib, milli mətbəximizdən dadıb və yerli sakinlərlə söhbət edib. Nəticədə Maykl Zervos etiraf edib ki, ən sevdiyi şəhərlərdən birini tapıb.

Səyahət zamanı o, həmçinin video çəkib və yerli sakinlərdən "Həyatınızda ən xoşbəxt an nə olub?" sualını soruşub. Maraqlıdır ki, azərbaycanlılardan biri bu anı Ermənistan işğalından azad olunmuş torpaqlara qayıdış kimi göstərib.

View this post on Instagram

A post shared by Michael Angelo Zervos (@theprojectkosmos)

Maykl 30 may 2025-ci ildə səyahətini bitirib. O bildirib ki, əksər ölkələr çox xoşuna gəlib və onları yenidən ziyarət etmək istərdi. Onu ən çox Samoadakı To-Sua təbii hovuzu, Butan monastırları və mənzərələri, eləcə də "Səma Krallığı" kimi tanınan Lesoto təsirləndirib.

Butan, foto Peng Lim, Pexels

Hazırda Maykl ABŞ-də adi həyatına qayıdıb, amma bu səyahətindən qazandığı təcrübənin onun dünyagörüşünü əbədi dəyişdiyini etiraf edir.

Qeyd edək ki, beynəlxalq təşkilatların əksəriyyəti tərəfindən tanınan ölkələrin sayı 195-dir. Bu, 193 BMT-yə üzv dövləti, eləcə də müşahidəçi statuslu Vatikan və Fələstini əhatə edir. "Ginnesin rekordlar kitabı" məhz bu rəqəmi dünya nailiyyətlərinin qeydə alınmasında istifadə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
oxu.az

2Источники