“Barselona” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar “Espanyol”un qolkiperi Xuan Qarsiyanı transfer edib. 24 yaşlı “əlcək sahibi” ilə 6 illik müqavilə imzalanıb.
“Barsa” Qarsiyanın keçidi üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
İspaniyalı qapıçı peşəkar karyerası ərzində yalnız “Espanyol”un formasını geyinib.