RU

“Uzak şehir”in aktyoru Tənzilə Rüstəmxanlı ilə görüşdü

“Uzak şehir” serialında Cihan obrazını canlandıran aktyor Ozan Akbaba Bakıda tanınmış simalarla görüşüb.

Musavat.com xəbər verir ki, aktyor öncə millət vəkili Tənzilə Rüstəmxanlı, daha sonra Polad Bülbüloğlu ilə bir araya gəlib. Göüşlərdən fotolar paylaşan Akbaba bu sözləri yazıb:

"Dəyərli anam Tənzilə Rüstəmxanlının rəhbərliyi ilə gözəl görüşlər keçirdik, çox dəyərli insanlarla görüşdük. Çox gözəl vaxt keçirdik”.

Qeyd edək ki, Ozan Akbaba ATV-nin məşhur serialı “Eşkıya Dünyaya Hükümdar Olmaz”da canlandırdığı İlyas Çakırbeyli rolu ilə tanınıb.

Könül
Musavat.com

Избранный
18
1
musavat.com

2Источники