RU

Azərbaycanın basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq turnirə qələbə ilə başlayıb.

Bu barədə "Report"a Azərbaycan Basketbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı yarışda Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.

Azərbaycan millisi ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.

Избранный
33
3
report.az

5Источники