RU

Azərbaycan Kahramanmaraşın bərpasında mühüm rol oynayıb - Mustafa Levent Sunqur

Kahramanmaraş. Trend:

Türkiyənin Mənzil İnşaatı üzrə Baş İdarəsinin (TOKİ) rəhbəriMustafa Levent Sunqur zəlzələdən zərər çəkmiş bölgələrin bərpasınaverdiyi töhfəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib,xüsusilə Bakı şəhərinin Kahramanmaraşda mənzil fondununtikintisindəki rolunu vurğulayıb.

Bu barədə Trend-inxüsusi müxbiri xəbər verir.

“Layihənin həyata keçirilməsinə verdikləri mühüm töhfəyə görəxüsusi minnətdarlığımı Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevə, Azərbaycan Dövlət Mənzil İnşaatı Agentliyinin (MİDA)sədri Sadıq Sadıqova və onun bütün komandasına bildirməkistəyirəm”, - deyə Sunqur növbəti yaşayış obyektlərinin təqdimetməmərasimində qeyd edib.

O bildirib ki, “Azərbaycan məhəlləsi” adlanan ərazidə ümumilikdə1183 yaşayış binası, 1267 mağaza və ofis – cəmi 1595 daşınmaz əmlakobyekti tikilib. “Bu evlər qardaşlıq, həmrəylik, əzmkarlıq vəinamın rəmzinə çevrildi. Bütün binalar Kahramanmaraşın şəhərsalmamədəniyyətinə uyğun şəkildə layihələndirilib və müasir,zəlzələyədavamlı texnologiyalarla inşa olunub”, – TOKİ rəhbərivurğulayıb.

Sunqur qeyd edib ki, Türkiyə tarixindəki ən böyük mənzilproqramı çərçivəsində artıq 43 986 ev tikilib və məhzKahramanmaraşda 250 mininci evin açarı təqdim olunub: “Bu gün 250mininci evi təhvil veririk”, – deyə o bildirib.

Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünübildirən Sunqur ilk növbədə Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğana, eləcə də ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyinaziri Murat Kuruma, mütəxəssislərə və fəhlələrə minnətdarlığınıifadə edib.

Sonda Sunqur yeni evlərin bölgə sakinlərinə rahatlıq vətəhlükəsizlik gətirməsini arzulayıb: “Qoy bu evlər qəhrəmanhəmvətənlərimiz üçün xeyirli olsun və xalqlarımızın dözümlülüyü vəqardaşlığının əbədi simvoluna çevrilsin”.

Избранный
13
az.trend.az

1Источники