RU

Azərbaycanda hər şey yüksək səviyyədə təşkil olunub - Amerikalı UFC döyüşçüsü (FOTO)

Bakı. Trend:

Mən ilk dəfədir Azərbaycandayam və burada hər şeyin necə yüksəksəviyyədə təşkil olunduğunun şahidi oldum. Bakı çox gözəl şəhərdir,buranın dadlı milli mətbəxi, eləcə də, əla havası var və mənUFC-nin final gecəsini səbirsizliklə gözləyirəm.

Trend xəbər verirki, bunu “UFC Fight Night Baku”nun fəxri qonağı, tanınmış amerikalıdöyüşçü Bilal Məhəmməd jurnalistlərə verdiyi açıqlamadabildirib.

Bilal Məhəmməd – yarım-orta çəkidə UFC-nin keçmiş çempionudur.UFC-nin rəsmi reytinqində yarım-orta çəkidə cari çempiondan sonrabirinci yerdə qərarlaşıb, çəkisindən asılı olmayaraq UFCdöyüşçülərinin ümumi (pound-for-pound) reytinqində isə 13-cüyerdədir.

“Döyüşdə mən çilili döyüşçü İqnasio Baxamondesi dəstəkləyəcəyəm(red – azərbaycanlı döyüşçü Rafael Fiziyevin rəqibi), eyni zamanda,oktaqonda onun küncündə olacağam. Çikaqoda biz birlikdə məşqedirik. Eyni zamanda, mən Çikaqodan Camal Hillə dəstəkgöstərəcəyəm. Məncə, Baxamondeslə Fiziyev arasındakı döyüş çoxmöhtəşəm olacaq, belə ki, hər iki idmançı – straykerdir və ayaqüstədöyüşməyi xoşlayırlar. “UFC Fight Night” yüksək səviyyədə təşkiletdiklərinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. Hər şeyəladır!”, - deyə Bilal Məhəmməd bildirib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla,ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntriarasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – KlaudiyaSiqula (6-2-0, Polşa)

Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – ObanElliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman(11-4-0, Nigeriya)

Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – DaryaJeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon(18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat(17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşləraşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – BoqdanQrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta(15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1,Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) –Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasioBaxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C.(14-6-0, ABŞ).

Məqalədə:
Избранный
3
13
az.trend.az

10Источники