BAKI, 19 iyun. TELEQRAF
2025-ci ilin əvvəlinə olan məlumatlara əsasən ölkənin tibb müəssisələrində 23,2 mini qadın olmaqla, ümumilikdə 35,2 min həkim fəaliyyət göstərir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, həkimlərin 26,2 mini dövlət, 9 mini isə qeyri-dövlət tibb müəssisələrində çalışır.
Qeyd edək ki, 2024-cü ildə ölkədə tibb üzrə ali təhsil pilləsinin rezidentura səviyyəsini 311 nəfər bitirib.