RU

Puşkov: ABŞ təkqütblü dövrdə liberal qaydaları dünyaya sırıyıb

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov bildirib ki, dünyaya liberal qaydaların sıradılması ideyası son 20 ilin “təkqütblü dövrü” nəticəsində formalaşıb. Bu dövrdə Birləşmiş Ştatlar yeganə dominant gücə çevrilmiş, digər təsir mərkəzləri isə zəifləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən danışıb.

“SSRİ-nin dağılması, Varşava Müqaviləsinin ləğvi və sosialist sistemin çöküşü ilə ABŞ tam hegemonluq mərhələsinə keçdi. Bunu ağıllı amerikalı müşahidəçi ‘təkqütblü an’ adlandırmışdı,” – deyə Puşkov qeyd edib.

Onun sözlərinə görə, həmin dövrdə digər güclər hələ formalaşmamışdı və ABŞ bu vəziyyətdən 15-20 il ərzində istifadə edib.

Puşkov əlavə edib ki, liberal qaydalar mahiyyət etibarilə antidemokratikdir və bütün ölkələrə öz dəyərlərini qəbul etdirməyə çalışır.

Избранный
28
nocomment.az

1Источники