BAKI, 20 iyun. TELEQRAF
Leninqrad vilayətinin vitse-qubernatoru İqor Petrov Vsevolojsk rayonunun Yukki kəndindəki bağ evində ölü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Onun güllə yarasından öldüyü bildirilir. Evdə heç bir oğurluq əlaməti olmayıb.
İqor Petrov 2017-ci ildən Leninqrad vilayətinin vitse-qubernatoru vəzifəsini tuturdu.