RU

Klublararası dünya çempionatı: Messi İnter Mayami yə qələbə qazandırdı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda 2-ci tur çərçivəsində daha bir oyun keçirilib. 

A qrupunda "İnter Mayami" ilə "Portu" üz-üzə gəliblər. Lionel Messinin komandası hesabda geri düşsələr də, fasilədən sonra geridönüş etməyi bacarıblar. Samunun 8-ci dəqiqədə penaltidən vurduğu qola ABŞ təmsilçisindən 47-ci dəqiqədə Seqoviya, 54-də isə Messi cavab veriblər. Argentinalı ulduzun cərimə zərbəsindən vurduğu möhtəşəm qol yekun nəticəni müəyyənləşdirib - 2:1.

Gecəyarı B qrupunda 2-ci tura yekun vurulacaq. Əvvəlcə yerli "Sietl Saunders" ilə "Atletiko Madrid" münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti saat 02:00-da səsləndiriləcək. Bakı vaxtı ilə saat 05:00-da isə  PSJ (Fransa) – "Botafoqo" (Braziliya) görüşü başlayacaq.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
fanat.az

2Источники