RU

İsrail ordusu İranın İsrailə raket atdığını bildirib » AzadMedia.az


İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsrail ərazisini hədəf alan raket hücumu barədə məlumat verib.

“Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlərin müəyyən edilməsindən sonra İsrailin müxtəlif bölgələrində sirenlər səslənib”, - deyə İDF bildirib.

Mülki şəxslərə mühafizə olunan məkana daxil olmaq və növbəti xəbərdarlığa qədər orada qalmaq tapşırılıb.

Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün işləyir, IDF əlavə edib.
Избранный
16
1
azadmedia.az

2Источники