İranın raket hücumu nəticəsində Beer-Şevada azı 30 nəfər xəsarət alıb.
Bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Bildirilib ki, hazırda hadisə yerində xilasedicilər işləyirlər. Yaşayış binaları və maşınlara ziyan dəyib.
Eyni zamanda qeyd olunub ki, şəhər şimal istiqamətində yerləşən vağzal da bağlanıb.
08:02
İran səhər saatlarından etibarən İsrail ərazisinə raket hücumunun yeni dalğasını başlayıb.
Bununla bağlı İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri hazırda raketləri ələ keçirir və təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə zərbələr endirir", - deyə bildirilib.
Məlumatda əhaliyə Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etmək çağırışı da yer alıb.
Xilasedicilər İsrailin cənubunda İran raketinin düşdüyü yerdə işləyir. "İsrael Hayom" qəzetinin məlumatına görə, raketin Beer-Şeva şəhərində düşməsi nəticəsində bir neçə avtomobil yanıb, yaşayış binalarına ziyan dəyib.
"Times of Israel" xəbər verir ki, raketlərdən biri "Microsoft" şirkətinin Beer-Şevadakı ofisinin yaxınlığına düşüb.