RU

Stressiz həyat istədi: Vəkilliyi atıb rəssam oldu

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bətül Kəsik 1995-ci ildə Amasiyanın Merzifon rayonunda anadan olub. Anası sürücülük məktəbinin müdiri, atası Kapadokyada turist bələdçisi, böyük bacısı isə İzmirdə bir şirkətdə mühəndis işləyir. İbtidai məktəbi və Anadolu liseyini Kayseridə bitirən Bətül İstanbul Hüquq fakültəsinə daxil olmaq hüququ qazanıb və məktəbi əla qiymətlərlə bitirib. 

Hamı gənc qızın hüquqşünas olacağını düşünərkən, o, Avstraliyada işləməyi üstün tutub. Və bu iş də rəssamlıqdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən gənc qızın həyat hekayəsini təqdim edir. 

“Hüquq fakültəsini bitirib hüquqşünas kimi işə başlayanda anladım ki, bu peşə mənim arzuladığım kimi deyil və illərdir bu peşə ilə məşğul olmaq istəmədim”, deyən Bətül Avstraliyada əvvəlcə barista (qəhvə hazırlayan) işləmək qərarına gəlib. Barista bacarıqlarını öyrətmək üçün Suadiyədəki bir neçə qəhvə-kafe ilə əlaqə saxlayıb. Bətülün hazırkı həyat yoldaşı da həmin kafedə barista işləyirdi. Onlar burada tanış olublar və evləniblər. Bətülün həyat yoldaşı da Avstraliyada barista olaraq çalışmağa başlayıb. Avstraliyaya gəldikdən sonra gənc qız burada yaşamaq qərarına gəlib. Lakin bunun üçün o, ölkədə daimi yaşayış yeri əldə etməyə imkan verən peşələrdən birini etməli idi. Rəssamlıq da onlardan biri idi. "Vəkillikdən işçiyə keçidimlə bağlı çox tənqidlər alıram, amma stressiz, əyləncəli və rahat bir həyat istəyirdim. Vəkil olmaqla bu asan olmayacaq. Avstraliyada yaşamaq üçün barista və rəssam kimi işləməli idim. Bu iki peşə ilə Avstraliyanın heç bir yerində işsiz qalmayacaqsınız. Bundan əlavə, dünyanın hər yerində bunu edə bilərsiniz”, söyləyən B.Kəsik deyib ki, ölkənin rifah səviyyəsi yüksək olduğu üçün insanlar çox şeyə asanlıqla çata bilir. Bu, insanların xoşbəxtliyində də özünü göstərir. Buradakı insanların ümumiyyətlə həyatla bağlı qayğıları yoxdur. "Sadaladığım səbəblərə görə Avstraliyada yaşamağa başladıqdan sonra özümü çox daha dinc və güvənli hiss edirəm. Hələ vətəndaş olmasam da, gəldiyimə görə şadam" deyən B.Kəsik əlavə edib ki, hazırda Avstraliyada rəssam kimi çalışır: “İngilis dili yaxşı deyilsə, gəlməzdən əvvəl bu sahədə özlərini təkmilləşdirmələrini mütləq tövsiyə edirəm. İlk gələndə ofisiant və ya kuryer kimi işləməli ola biləcəklərini bilərək buna hazır olmalıdırlar. Avstraliyanın Türkiyədən 7 saat vaxt fərqi ilə çox uzaq bir ölkə olduğunu bilmələri də onlar üçün faydalı olardı". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
sherg.az

2Источники