RU

Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... 

Ermənistan parlamentində “Hayastan” fraksiyasının üzvü, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın oğlunun ölkədən çıxmasına imkan verilməyib.  O, İrəvan hava limanında saxlanılması səbəbundən xaricə uça bilməyib.
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda Levon Köçəryanın özü sosial şəbəkədə məlumat paylaşıb.
 
"Mən 3 günlüyə ölkəni tərk etməli idim. Zvartnots hava limanında Milli Təhlükəsizlik Xidmətinin sərhəd naryadı heç bir izahat vermədən mənə 30 dəqiqə sərhədi keçməyə icazə vermədi. Yalnız təyyarə artıq bağlananda keçməyə icazə verdilər və təbii ki, reysi buraxdım... Onların davranışları həddi-hüdudu tanımır”, – Xocalı qatilinin deputat oğlu belə yazıb.
 
Levon Köçəryanın hansı ölkəyə uçacağı haqda məlumat verilmir. Çox güman ki, bu, Rusiya olub...
 
S.Laçın
Избранный
13
moderator.az

1Источники