RU

Trampın İran barədə ən qorxunc gözləntisi-uzun sürən müharibəyə ilişmək...


"Qərb Rusiyanı uzun sürən Ukrayna müharibə bataqlığına çəkə bildi.Bu gün isə ABŞ üçün uzun sürə bilən bir Orta Şərq müharibəsinə cəlb olunmaq təhlükəsi var...
Bu təhlükəni Tramp özü də hiss edir. İsrail hər nə qədər təkid etsə də, ABŞ İrana qarşı mühariribəyə girməkdə dərin tərəddüd keçirir. Tramp əvvəlcə 24 saat, sonra 48 saat içində İrana zərbə vurmaqla bağlı qərar verəcəyini demişdi . Son sözü isə "yaxın 2 həftədə qərar verəcəyəm" kimidir."
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Açıq görünür ki, super dövlətin başçısı bu ziddiyyətlərin arxasında hələlik heç kimlə bölüşmək istəmədiyi ya hansısa planın dalına düşüb, ya da nə edəcəyini həqiqətən bilmir. Trampın tərəddüdlər içində olduğu başadüşüləndir .Çünki İrana qarşı müharibəyə girməyin həqiqətən zəruri olduğunu təyin etmək o qədər asan deyil, İranın nüvə proqramının hücumla tam məhv ediləcəyinə kimsə təminat verə bilmir, o da çox qorxuludur ki, ABŞ Orta Şərqdə, İranda uzun sürən və çıxılması çox çətin olan bir müharibəyə düşə bilər.
Избранный
13
baki-xeber.com

1Источники