RU

Ərinin sənədlərini qayçı ilə kəsərək məhv edən qadına elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində rəsmi sənədləri məhv etmədə təqsirləndirilən Həlimə Səlimovanın (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, Həlimə Səlimova ötən il qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Kamran Həmidovun (adı, soyadı şərtidir) etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı avtomobildən ona məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və həmin maşına dair etibarnaməni talayıb. O, həmin sənədləri Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evdə qayçı ilə kəsməklə məhv edib.


Daha sonra Həlimə Səlimova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 20 İyun 2025, 09:32   
Избранный
15
2
pravda.az

3Источники