RU

UFC Baku Fight Night da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi başlayıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Sabah - iyunun 21-də ilk dəfə Azərbaycanda təşkil ediləcək "UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, "Baku Crystal Hall"da baş tutacaq döyüş gecəsində altısı əsas, altısı isə ilkin kartda olmaqla, ümumilikdə, 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov braziliyalı Nikola Mottaya, Tofiq Musayev isə qırğızıstanlı Mıktıbek Orolbaya qarşı döyüşəcək.

İlkin kart Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debüt, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Qeyd: mötərizələrdəki rəqəmlər müvafiq olaraq qələbə, heç-heçə və məğlubiyyətləri ifadə edir.

Təhməz Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
8
oxu.az

10Источники