AZ

Azərbaycanda dəstək hiss edirəm - Tacikistanlı UFC döyüşçüsü

Azərbaycanda dəstək hiss edirəm.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında "UFC Fight Night Baku" iştirakçısı, tacikistanlı MMA döyüşçüsü Məhəmməd Naimov deyib.

"İlk dəfədir ki, Azərbaycana səfər edirəm. Məni çox isti qarşıladılar, belə mehriban münasibət çox xoş təsir bağışlayır. Əlbəttə ki, mən Azərbaycan xalqından belə münasibət gözləyirdim, amma gördüklərim bütün gözləntilərimi üstələyir. Burada dəstək hiss edirəm", - deyə UFC döyüşçüsü deyib.

"Tacikistandan buraya məni dəstəkləməyə çoxlu azarkeşlər gəlib. Mən qarşıdakı döyüşə uzun müddət hazırlaşmışam və düşünürəm ki, tamaşaçıları maraqlı döyüş gözləyir", - deyə o əlavə edib.

Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) - Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Seçilən
3
12
day.az

10Mənbələr