AZ

Döyüşüm buna qədər iki dəfə ertələnsə də, nəyahət Bakıda baş tutacaq - UFC döyüşçüsü

Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm, Bakını gəzmişəm, Xəzər dənizini görmüşəm - hər şey çox gözəldir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında "UFC Fight Night Baku"nun amerikalı iştirakçısı, MMA döyüşçüsü Körtis Bleyds deyib.

"Döyüşün özünə gəlincə - mənim rəqibim top-döyüşçülər sırasında yer almır, buna görə də, döyüş məndə heç bir xüsusi entuziazm doğurmur. Mənim üçün ən vacib olan yaxşı çıxış etmək və bonuslar qazanmaqdır. Rəqibim - hiperaktivdir və bu döyüş məndən çox ona lazımdır. Döyüş buna qədər iki dəfə ertələnsə də, nəyahət burda Bakıda baş tutacaq", -deyə Körtis Bleyds deyib.

Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntree arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) - Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntree Jr. (14-6-0, ABŞ)

Seçilən
3
12
day.az

10Mənbələr