AZ

Azərbaycana qələbə qazandırğama çalışacağam - UFC döyüşçüsü

Bakı. Trend:

Mənim rəqibim təhlükəlidir, amma mən ondan da təhlükəliyəm. Ogüclüdür, mən ondan da güclüyəm. Azərbaycana qələbə qazandırmaqüçün əlimdən gələni edəcəyəm.

Trend xəbərverir ki, bunu Bakıda keçirilən mətbuat konfransında “UFC FightNight Baku” iştirakçısı, azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovbildirib.

“Bizim ölkəni turnirdə məndən başqa dünya səviyyəli idmançılar –Rafael və Tofiq təmsil edir. Onların qələbəsinə də inanıram. Bizimbütün ölkənin adından çıxış edirik, bu nəhəng bir məsuliyyətdir”.–deyə o vurğulayıb.

Nazim Sadıxov eyni zamanda rəqibinin döyüş öncəsi bəyanatlarınıda şərh edib.

“O artıq sosial şəbəkələrdə öz fikrini ifadə edib. Amma qəfəsbağlanandan sonra, sözün heç bir əhəmiyyəti qalmayacaq, hər şeyiyumruqlar həll edəcək, və hər kəs dediklərinin cavabını verməliolacaq. Mən döyüşə yaxşı hazırlaşmışam”, -deyə o bildirib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqlaümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntreearasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – KlaudiyaSiqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, CənubiKoreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab(6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngülçəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova(9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) –Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov(16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakıardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – BoqdanQrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1,Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: KörtesBleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki:Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay(13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0,Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki:Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)

Məqalədə:
Seçilən
3
12
az.trend.az

10Mənbələr