RU

Ağqoyunlu Həsən Padşahın Təbrizdə tikdiyi məscid dağılır

Dövləti Bayanduriyyə (Ağqoyunlu) hökmdarı Həsən Padşah (Uzun Həsən) tərəfindən Təbrizdə Sahib Abad meydanındakı 1470-ci ildə Padşah fərmanı ilə inşa edilən Sultan Həsən məscidinin son durumu.

Tarixi sənədlərdə məscid “Həsən padşahın məscidi” adlanır. Övliya Çələbi məscid barədə yazır:

“Sultan Həsən Məscidi Uzun Həsən tərəfindən sultanlara layiq tikilən məscidir. Məscidin sütunlarının bənzəri Misir, Şam, İraqi-Ərəb və Əcəmdə yoxdur. Yalnız Həsən camesindədir”.

Səyyahlar və o dövrün tədqiqatçıları qeyd edirlər ki, islam dininin məzhəblərinə də ayrı-seçkilik qoyulmurdu onun dövründə. Sultan Həsən məscidinin yanında hənəfi, bir tərəfində şafii məscidi, bir tərəfində şiə, bir tərəfində isə sünni məscidi yerləşib (Bax: Sandra Aube, “The Uzun Hasan Mosque in Tabriz: new perspectives on a Tabrizi ceramic tile workshop”).

Həsən Padşah məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi Pəhləvi və molla rejimində məhv olmağa başlanıb. Bu abidə Pəhləvi dövründə, 1975-ci ildə “Milli abidələr” siyahısında qeydiyyata alınsa da, İranda Azərbaycanın bir çox tarixi abidəsi kimi nəzarət edilmədiyindən, ciddi dağıntılara məruz qalıb.

Hətta 2020-ci ildə Həsən Padşah məscidinin giriş hissəsi məhərrəmlik mərasimi keçirənlər tərəfindən yandırılıb.

Persiya 1935-ci ildə İran olandan sonra Azərbaycan türk dövlətlərinə məxsus abidələr viran olmaqda davam edir, bu günün özündə də.

Избранный
49
1
axar.az

2Источники