İsrail İranın şimalında yerləşən Rəşt şəhərinə zərbələr endirib.
News365.az xəbər verir ki, bu barədə İranın Gilan vilayətinin valisinin müavini Əli Baqeri bildirib.
"Bu gün səhər tezdən Rəştdəki Sefidrud texnologiya parkının ərazisi düşmən qüvvələri tərəfindən hücuma məruz qalıb. Hazırda (ərazi) mümkün ziyan baxımından yoxlanılır", - deyə o bəyan edib.
Agentliyin məlumatına görə, sənaye zonasında partlayış baş verib.
Qeyd edək ki, Rəşt Xəzər dənizinin sahilində yerləşir.