RU

"UFC Baku Fight Night": Çəkiölçmə mərasimi - FOTO

İlk dəfə Bakıda keçiriləcək "UFC Baku Fight Night"da iştirak edəcək döyüşçülərin rəsmi çəkiölçmə mərasimi başlayıb.

İdman.biz xəbər verir ki, tədbir 2 saat davam edəcək.

İyunun 21-də "Baku Crystal Hall"da təşkil olunacaq döyüş gecəsində altısı əsas, altısı ilkin kartda olmaqla, 12 qarşılaşma keçiriləcək.

Azərbaycanlı döyüşçülərdən Rafael Fiziyev çilili İqnasio Baxamondeslə, Nazim Sadıxov braziliyalı Nikola Motta ilə, Tofiq Musayev qırğızıstanlı Mıktıbek Orolbayla üz-üzə gələcək.

Gecəsinin əsas döyüşü isə UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Qeyd edək ki, "UFC Baku Fight Night" saat 20:00-da start götürəcək.

İdman.biz

Избранный
31
1
idman.biz

2Источники