Bakıda fəaliyyət göstərən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
– obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;
– pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;
– obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;