RU

Avropanın ən yaxşı 50 çimərliyi

ain.az, 525.az saytına istinadən bildirir.

“World’s 50 Beaches” 2025-ci il yay mövsümü üçün Avropanın ən yaxşı 50 çimərliyinin siyahısını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahı landşaft, suyun keyfiyyəti, təbiilik, atmosfer və ümumi təcrübə kimi meyarlar nəzərə alınmaqla hazırlanıb.

Avropanın ən yaxşı çimərliyi İtaliyanın Sardinya adasında yerləşən Kala Qoloritzedir. Yunanıstanın Fteri çimərliyi siyahıda ikinci, Voutoumi çimərliyi isə üçüncü olub.

Siyahıda Türkiyədən də iki çimərlik yer alıb. Söhbət təbii gözəlliyi ilə məşhur olan Kəpənəklər Vadisi və Antalyada yerləşən və yalnız qayıqla getmək mümkün olan Suluadadan gedir. Suluada siyahıda 11-ci, Kəpənəklər Vadisi isə 17-ci yerdə qərarlaşıb.

Ümumilikdə siyahıda ən çox çimərliklə təmsil olunan ölkə İtaliyadır. Bu ölkənin 9 çimərliyi Avropanın ən yaxşı 50-liyi siyahısındadır. Sıralamada Yunanıstan və İspaniyadan 6, Fransa, Portuqaliya və Xorvatiyadan 4, İngiltərədən 3, Türkiyə, Albaniya, Norveç, Kipr və Monteneqronun hər birindən 2, İslandiya, Malta, Şotlandiya və İrlandiyadan isə 1 çimərlik yer alıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
525.az

1Источники