RU

Kremldən Yaxın Şərq xəbərdarlığı: "Dünya üçün təhlükə yaranır!"

Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalır. Bu, təkcə region üçün deyil, bütün dünya üçün təhlükə yaradır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sky News telekanalına müsahibəsində bildirib.


O qeyd edib ki, münaqişədə iştirak edən tərəflərin sayının artması vəziyyəti daha da pisləşdirə bilər. Onun sözlərinə görə, bu, qarşıdurmanın yeni mərhələsinə və gərginliyin daha da artmasına səbəb olacaq.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Избранный
12
news365.az

1Источники