RU

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün C və D qruplarında 2-ci tura yekun vurulacaq. 

Əvvəlcə Portuqaliyanın "Benfika" və Yeni Zellandiyanın "Oklend Siti" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da başlayacaq. 
C qrupunun digər matçı - "Bayern Münhen" (Almaniya) – "Boka Xuniors" (Argentina) oyunu gecəyarısı saat 05:00-da baş tutacaq. 

B qrupunda isə İngiltərə nəhəngi "Çelsi" sabiq "Qarabağ"lı Juninyonun heyətində olduğu Braziliyanın "Flamenqo" komandası ilə, "Los Anceles" (ABŞ) isə "Esperans" (Tunis) ilə üz-üzə gələcək. Oyunların başlama vaxtı müvafiq olaraq 22:00 və 02:00-dır. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Избранный
26
1
fanat.az

2Источники