RU

UFC dən döyüşə bir gün qalmış Tofiq Musayevlə bağlı MARAQLI QƏRAR

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İyunun 21-də ilk dəfə Azərbaycanda təşkil ediləcək "UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimində maraqlı hal yaşanıb.

Oxu.Az xəbər verir ki, "Baku Crystal Hall"da baş tutacaq döyüş gecəsində oktaqona çıxacaq üç idmançımızdan biri Tofiq Musayevin rəsmi çəkiölçmə mərasimində çəkisi təxminən 3 kq ağır gəlib (yüngül çəki hesab edilən 70 kq-da döyüşməli idi).

Onun rəqibi olan qırğızıstanlı Mıktıbek Orolbayın da çəkisi ağır gəldiyindən döyüşçülərə saat 11-ə kimi vaxt verilib ki, nəzərdə tutulan çəki dərəcəsinə düşsünlər. Lakin qeyd edilən vaxta qədər hər iki idmançının çəkilərini 70 kq-a sala bilməyəcəyindən UFC Tofiqlə Mıktıbekin 75 kq-da mübarizə aparmalarını qərara alıb.

Qeyd edək ki, Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov braziliyalı Nikola Mottaya, Tofiq Musayev isə qırğızıstanlı Mıktıbek Orolbaya qarşı döyüşəcək.

İlkin kart Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debüt, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Qeyd: mötərizələrdəki rəqəmlər müvafiq olaraq qələbə, heç-heçə və məğlubiyyətləri ifadə edir.

Təhməz Əsədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
10
oxu.az

10Источники