Rusiya güman edir ki, Ukrayna ilə danışıqların yeni mərhələsinin tarixi gələn həftə müəyyənləşəcək.
Bu barədə iyunun 19-da Rusiya prezidentinin mətbuat katibi məlumat verib: “Hazırda biz məsləhətləşmələrin üçüncü raundunun tarixinin gələn həftə razılaşdırılacağına diqqət yetiririk”, – Dmitri Peskov deyib.
Xatırladaq ki, Rusiya Federasiyası və Ukrayna nümayəndələri artıq danışıqların iki raundu keçiriblər. Birinci mayın 16-da İstanbulda, ikinci tur iyunun 2-də orada baş tutub.
//Samir Qurbanov, Editor.az