AZ

Rusiya – Ukrayna danışıqlarının növbəti raundu nə vaxt olacaq?

Rusiya güman edir ki, Ukrayna ilə danışıqların yeni mərhələsinin tarixi gələn həftə müəyyənləşəcək.

Bu barədə iyunun 19-da Rusiya prezidentinin mətbuat katibi məlumat verib: “Hazırda biz məsləhətləşmələrin üçüncü raundunun tarixinin gələn həftə razılaşdırılacağına diqqət yetiririk”, – Dmitri Peskov deyib.

Xatırladaq ki, Rusiya Federasiyası və Ukrayna nümayəndələri artıq danışıqların iki raundu keçiriblər. Birinci mayın 16-da İstanbulda, ikinci tur iyunun 2-də orada baş tutub.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
50
editor.az

10Mənbələr