RU

İlin 5 ayı ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qeydə alınan müraciətlərin sayı açıqlandı

İlin

“2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 546 023 müraciət qeydə alınıb”.

1news.az-ın xəbərinə görə, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Qobustan Rayon Mərkəzi xəstəxanasına təşkil olunmuş mediaturda deyib.

“Onlardan 219 180-i stasionar, 10 326 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub”.

Избранный
8
2
1news.az

7Источники