RU

İtkin şəhidimiz dəfn olundu - Fotolar

Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonda dəfn olunub. 

“Qafqazinfo” xəbər verir ki, şəhidin nəşi rayonun Ağbaşlar kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində yaxınları, Birinci Qarabağ müharibəsinin iştirakçıları və rəsmilər iştirak ediblər.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

Yunis Quliyev






Избранный
21
1
qafqazinfo.az

10Источники