RU

Labubu dünyanı fəth EDİR

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Onları sevimli, çirkin və ya sadəcə qəribə hesab etsəniz də, böyük ehtimalla son zamanlar bütün dünyada populyarlıq qazanan tüklü Labubu oyuncaqları haqqında eşitmisiniz.

Redaktor.az bu barədə "BBC"yə istinadən məlumat verir.

Əslində bir canavar olaraq yaradılan, elfə bənzər bu fiqur Çin oyuncaqlarının istehsalçısı Pop Mart tərəfindən hazırlanıb və qısa müddətdə qlobal sensasiyaya çevrilib. "Labubu"nun pərəstişkarları arasında Rihannadan tutmuş Dua Lipa və Blackpink qrupunun üzvü Lisa kimi məşhurlar da var.

Sadə insanlar da bu oyuncaq üçün eyni dərəcədə can atırlar. Şanxaydan Londona qədər mağazaların qarşısında uzun növbələr yaranır, hətta bəzən mübahisələr və qarşıdurmalar belə baş verir.

Labubu-ya olan qlobal maraq Pop Mart-ın ötən ilki gəlirini demək olar ki, üç dəfə artırıb. Bəziləri hesab edir ki, bu oyuncaq, pandemiya və Qərblə olan gərgin münasibətlər səbəbilə zəifləyən Çin yumşaq gücünə də yeni enerji bəxş edib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
redaktor.az

2Источники