
ABŞ Prezidenti Donald Trump TikTok üçün verilən müddəti yenidən uzatdı. Prezidentin imzaladığı sərəncama əsasən, Çinə məxsus ByteDance şirkətinin ABŞ-dakı aktivlərini satması və ya tətbiqin bağlanması üçün son tarix 17 sentyabr 2025-ci il tarixinə qədər – əlavə 90 gün – təxirə salınıb.Bu, 2025-ci ilin yanvarından bəri TikTok üçün verilən üçüncü müddət uzadılmasıdır. Trump öz kampaniyasında TikTok-un gənc seçicilərin diqqətini cəlb etməsində mühüm rol oynadığını vurğulayaraq tətbiqin qapanmasını istəmədiyini bildirib.Satış planının reallaşması üçün Çin hökumətinin razılığı vacib hesab olunur və Trump bu məsələdə nikbin olduğunu ifadə edib.Lakin bəzi Demokrat senatorlar bu uzatmanın qanuna zidd olduğunu və ByteDance-in tam müstəqil olmayacağını iddia edir.Hazırda TikTok ABŞ-da qalmaq üçün rəsmi qurumlar və vitse-prezident JD Vance ilə satış prosesini yekunlaşdırmağa çalışır.Ulusum.az
Diqqət Çəkənlər
İsrail Prezidentindən İran lideri ilə bağlı şərh
ABŞ kəşfiyyatı: İran nüvə silahı üzərində işləməyib — Trampın iddiaları təkzib olundu
Bu 3 quruyemiş yumurta qədər tox saxlayır