RU

Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi əməliyyatın Ermənistan silahlı qüvvələri tərəfindən keçirilməsi idi - Bako Sahakyan

Bakı. Trend:

İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs BakoSahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan MilliAssambleyasında yaradılmış istintaq komissiyasının iclasındaiştirak etməyə razılıq verib.

Trend xəbər ki,məhkəmədə prokurorun sualını cavablandıran təqsirləndirilən şəxsməlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonraErmənistanda istintaq komissiyası yaradılıb.

Komissiyasın sədri Ermənistan parlamentinin Müdafiə vətəhlükəsizlik məsələləri daimi komissiyasının sədri AndranikKoçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallarahərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənətəklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştirakaməcbur edə bilməzdilər”.

Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəlişəkildə cavablandırdığını bildirib.

B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlıistintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasınınsəbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan MilliAssambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistansilahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi iyunun 21-də davam etdiriləcək.

Избранный
10
35
az.trend.az

10Источники