RU

“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. Ağdam klubundan Metbuat.az-a verilən məlumata görə, son ölkə çempionu Pedro Bikalyonu rənglərinə bağlayıb. 24 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 35 nömrəli formanı geyinəcək. Tərəflər arasında 3+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, braziliyalı dayaq yarımmüdafiəçisi “Palmeyras”ın yetirməsidir. O, 2022-ci ilin yayında “Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə “Vitoriya”da oynayan 24 yaşlı futbolçu son iki mövsümü Portuqaliyanın “Alverka” klubunda keçirib.

Избранный
19
7
metbuat.az

8Источники