RU

Media: Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti tikir

Estoniya ordusu Dövlət Müdafiə İnvestisiya Mərkəzi ilə birlikdə ölkənin cənub-şərqində - Rusiya ilə sərhəd yaxınlığında “Baltikyanı Müdafiə Xəttinin” bir hissəsinə çevriləcək müdafiə strukturlarının tikintisinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziyasının portalı məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə müdafiə strukturlarının tikintisinə 4,4 milyon avroya yaxın vəsait ayrılıb. Estoniya-Rusiya sərhədinin bəzi ərazilərində tank əleyhinə xəndəklər qazılır, ilin sonunadək azı 28 bunkerin və onlarla anbarın tikintisi planlaşdırılır.

2024-cü ilin yanvarında Baltikyanı ölkələr Rusiya ilə sərhəddə müdafiə xəttinin inşası barədə razılığa gəlib. “Postimees” qəzetinin yazdığına görə, Rusiyadan gələn təhdidlə əlaqədar Estoniyanın şərqində 600-ə yaxın bunkerin tikintisi planlaşdırılır.

Plana əsasən müdafiə xətti NATO-nun hərbi tələblərinə uyğun təchiz olunacaq. Sərhəddə 700 kilometrlik müdafiə xəttinin tikintisi üçün azı 2,5 milyard avro lazım olduğu bildirilir.

Избранный
69
50
yeniazerbaycan.com

10Источники