Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti matçını keçirib.
"Report" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (17:25, 25:15, 25:22, 25:23)
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.