RU

Beyninə qan sızan Vüsal Murtuzəliyev özəl klinikaya köçürüldü

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev özəl klinikaya köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com- a TƏBİB-dən məlumat verilib.

“Dünən saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Vəziyyəti stabil olan şəxs ailə üzvlərinin istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub”.

 

Избранный
26
7
konkret.az

10Источники