BAKI, 21 iyun. TELEQRAF
Odessada hava hücumundan həyəcanı siqnalı eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Obşestvennoye” nəşrinin Telegram-kanalında məlumat verilib.
Nəşrin məlumatına görə, Poltava vilayətinin Kremençuk şəhərində də partlayış səsləri eşidilib.
Hərbi bloqçu Boris Rojin şəhərin "Geran" pilotsuz təyyarələrinin hücumuna məruz qaldığını, onlarla zərbənin qeydə alındığını bildirdbi.
Çerkassı, Kiyev və Poltava vilayətlərində də zərbələr müşahidə olunub.